...

Moskva-Lənkəran aviareysi açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2009 17:39 (UTC +04:00)
Bazar ertəsi yeni Moskva-Lənkəran aviareysinin açılışı keçirilib. Bu barədə Trend Capital-ın Lənkərandakı müxbiri xəbər verir.
Moskva-Lənkəran aviareysi açılıb

Azərbaycan, Lənkəran, 28 dekabr / Trend , müxbir P.Əliyev/

Bazar ertəsi yeni Moskva-Lənkəran aviareysinin açılışı keçirilib. Bu barədə Trend -ın Lənkərandakı müxbiri xəbər verir.

Yanvarın 15-dək bu istiqamətdə reyslər həftədə bir dəfə həyata keçiriləcək. Bir istiqamətdə olan biletin dəyəri 153 manat, hər iki istiqamətdə 306 manat təşkil edir. Yanvarın 4-dən sonra bir istiqamətdə olan biletin dəyəri 196 manat, yanvarın 15-dən sonra isə 205 manat təşkil edəcək.

"Azərbaycan hava yolları" QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin dediyi kimi, AZAL yeni təyyarələr alandan sonra Lənkərandan Moskva və Sankt-Peterburqa olan reyslər daha müntəzəm həyata keçiriləcək.

Həmçinin 2014-cü ildə Boeing-787 Dreamliner markalı təyyarələri alandan sonra AZAL ABŞ-a, Avropanın və Şərqi Asiyanın bəzi ölkələrinə birbaşa reyslər reallaşdıra biləcək.

"AZAL həmçinin Boeing-767 markalı iki təyyarə almağı planlaşdırır - biri 2010-cu ildə, ikincisi isə 2011-ci ildə", - Səfərli deyib.

Xəbər lenti

Xəbər lenti