...

Azərbaycan bankı Parabank "Card to Card" xidməti göstərir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2010 17:05 (UTC +04:00)
Azərbaycan bankı Parabank öz müştərilərinə bu gündən etibarən "Card to Card" xidmətini göstərməyə başlayıb. Bu barədə çərşənbə günü bankın məlumatda deyilir.
Azərbaycan bankı Parabank "Card to Card" xidməti göstərir

Azərbaycan, Bakı, 03 fevral / Trend /

Azərbaycan bankı Parabank öz müştərilərinə bu gündən etibarən "Card to Card" xidmətini göstərməyə başlayıb. Bu barədə çərşənbə günü bankın məlumatda deyilir.

Bu xidmət vasitəsilə müştərilər həm ATM-dən, həm də "Mobil Bank" xidmətindən istifadə edərək kart hesabları arasında nağdsız köçürmələr edə bilərlər. Müştərilər Visa beynəlxalq ödəniş sisteminin bütün növ məhsulları ilə (biznes kartları istisna olmaqla) həm Parabankın plastik kartları, həm də AzəriCard şəbəkəsinə daxil olan bütün bankların kartları arasında "Card to Card əməliyyatı apara bilərlər.

Xidmətin ən üstün cəhətlərindən biri də odur ki, köçürülən məbləğ qarşı tərəfin kartına dərhal köçürülür.

Bank müştəriləri üçün komissiya xidmət üzrə 0,5% (min 0,5 AZN, USD, EUR), konvertasiyaya görə də 0,5% təşkil edir. Xidmətin özünə görə tutulacaq komissiya haqqı bütün hallarda köçürməni göndərən kartın sahibindən tutulur.

Əməliyyatın valyutası köçürməni göndərən və ya köçürməni alan kartın valyutasından fərqli olduğu halda, konvertasiya komissiyası valyutası fərqli olan kart sahibindən tutulur.

Xəbər lenti

Xəbər lenti