...

Azərbaycanın qərb rayonlarında qatarların hərəkəti bərpa olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2010 14:53 (UTC +04:00)
Azərbaycanda qatarların dayanmasına səbəb olan enerji təminatı problemi artıq aradan qaldırılıb və hazırda dəmiryol nəqliyyatı bərpa edilib. Bu barədəşənbə günü "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
Azərbaycanın qərb rayonlarında qatarların hərəkəti bərpa olunub

Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir E.İsmayılov/

Azərbaycanda qatarların dayanmasına səbəb olan enerji təminatı problemi artıq aradan qaldırılıb və hazırda dəmiryol nəqliyyatı bərpa edilib. Bu barədə şənbə günü "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Lakin QSC kəskin hava şəraiti ilə əlaqədar Azərbaycan ərazisində sürət məhdudiyyəti tətbiq etməkdə davam edir.

"Reyslər bir neçə saatlıq gecikmələrlə həyata keçirilir, xüsusilə də iki saatdan beş saatadək. Bütün bunlara baxmayaraq, daxili və beynəlxalq reyslər təxirə salınmır", - Əzməmmədov deyib.

"Azərbaycanda kəskin hava şəraiti ilə əlaqədar olaraq enerji təminatında baş verən problemlərə görə daxili dəmiryol reyslərində qalan təxminən 1500 sərnişinə quru ərzaq verilib", - o deyib.

"Azərbaycanın qərb rayonlarına gedən və qayıdan 1500 sərnişinə artıq quru ərzaqlar paylanılıb. Xüsusilə də Ağstafa, Balakən, Qazax və Gəncə istiqamətlərinə gedən və qayıdan reyslərin sərnişinlərinə", - Əzməmmədov deyib.

Xəbər lenti

Xəbər lenti