...

Azərbaycanda təmin edilməmiş ipoteka istiqrazlarının emissiyasının ikinci hissəsinin yerləşdirilməsi başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2010 19:27 (UTC +04:00)
Azərbaycanda İpoteka Fondunun 3 milyon manatlıq faizli, sənədsiz, təmin edilməmiş, adlı istiqrazlarının yerləşdirilməsi başa çatıb. Bu barədə Bakı Fond Birjasından bazar ertəsi yayılan məlumatda deyilir.
Azərbaycanda təmin edilməmiş ipoteka istiqrazlarının emissiyasının ikinci hissəsinin yerləşdirilməsi başa çatıb

Azərbaycan, Bakı, 08 fevral / Trend /

Azərbaycanda İpoteka Fondunun 3 milyon manatlıq faizli, sənədsiz, təmin edilməmiş, adlı istiqrazlarının yerləşdirilməsi başa çatıb. Bu barədə Bakı Fond Birjasından bazar ertəsi yayılan məlumatda deyilir.

Üç sərmayədar tərəfindən təqdim edilən sifarişlərin ümumi həcmi nominal üzrə 7,591 milyon manat təşkil edib. Sifarişlər 100,0632% qiymətdə təqdim edilib.

Hərraca təqdim edilən istiqrazlar tam həcmdə yerləşdirilib. İstiqrazların ödənilməsi tarixi 11 dekabr 2019-cu ildir.

AİF-in istiqrazlarının ikinci emissiyasının yerləşdirilməsi 2010-cu ilin fevral ayından başlanıb və bu günədək 6 milyon manatlıq istiqraz paylanıb.

AİF istiqrazlarının emissiya prospekti 2009-cu il dekabrın 30-da Qiyməli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınıb. Emissiyanın ümumi həcmi 3,25% illik gəlirlə 75 milyon manat təşkil edir.

Fevralın 08-nə oln rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti