...

Azərbaycanda ilin birinci yarısında duz istehsalı zavodu istismara veriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2010 18:24 (UTC +04:00)
Azərbaycan əhalisini keyfiyyətli yodlaşdırılmış duzla təmin etmək məqsədi ilə Abşeron rayonunun Masazır qəsəbəsində yodlaşdırılmış və rafinadlaşdırılmış qida duzu zavodu inşa olunur. Zavodun 2010-cu ilin birinci yarısında istismara verilməsi planlaşdırılır.
Azərbaycanda ilin birinci yarısında duz istehsalı zavodu istismara veriləcək

Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir N.İsmayılova/

Azərbaycan əhalisini keyfiyyətli yodlaşdırılmış duzla təmin etmək məqsədi ilə Abşeron rayonunun Masazır qəsəbəsində yodlaşdırılmış və rafinadlaşdırılmış qida duzu zavodu inşa olunur. Zavodun 2010-cu ilin birinci yarısında istismara verilməsi planlaşdırılır. Bu barədə İqtisadi İnkişaf Nazirliyindən çərşənbə günü verilən məlumatda deyilir.

Layihənin həyata keçirilməsi məqsədilə "Azərbaycan İnvestisiya Şirkəti" ASC və "Azərsun Holdinq" MMC-nin təsisçiliyi ilə "Azərbaycan Duz İstehsalat Birliyi" QSC yaradılıb. Səhmdar Cəmiyyətdə Azərbaycan İnvestisiya Şirkəti 25% (təqribən 1,9 mln. manat), Azərsun Holdinq isə 75%-lik (təqribən 5,6 mln. manat) paya malikdir.

İnşaat işlərini Türkiyənin "İnova" şirkəti həyata keçirir, avadanlıqları isə İsveçrənin "Evoterm" şirkəti tədarük edir.

Zavod Masazır gölü yaxınlığında tikiləcək. Bu ərazidə zavod və göldən duzun yığılması üçün infrastruktur (nasoslar və s.) yerləşəcək. Duz əvvəlcə Masazır gölündəki sahələrdən yığılacaq. Gələcəkdə Türkmənistandan da duz tədarükü nəzərdə tutulub.

AİŞ-dən əvvəllər bildiriblər ki, Türkmənistandan tədarük zavodun tikintisindən il yarım sonra başlaya bilər. Zavod hələ ki yerli duzu emal edəcək.

Yodlaşdırılımış duza böyük tələbat olduğundan zavodun istehsal gücünü sutkada 200 tona çatdırmaq qərara alınıb. Əvvəllər isə illik istehsal 30 min ton olmaqla, gündəlik 100 ton yodlaşdırılmış qida duzu istehsal etmək planlaşdırılmışdı.

Xəbər lenti

Xəbər lenti