...

Azərbaycan Nəqliyyat Nazirliyi dağılmış yol hissəsinin əvəzinə yeni yol salacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2010 13:02 (UTC +04:00)
Azərbaycanın Nəqliyyat Nazirliyi çökmə nəticəsində zədələnmiş Muğanlı-İsmayıllı yol hissəsini bərpa etməyəcək, lakin yeni yol hissəsi çəkəcək. Bu barədə “Azəryolservis”ASC-in mətbuat katibi Pünhan Mürsəliyev cümə axşamı bildirib.
Azərbaycan Nəqliyyat Nazirliyi dağılmış yol hissəsinin əvəzinə yeni yol salacaq

Azərbaycan, Bakı, 11 fevral / Trend /

Azərbaycanın Nəqliyyat Nazirliyi çökmə nəticəsində zədələnmiş Muğanlı-İsmayıllı yol hissəsini bərpa etməyəcək, lakin yeni yol hissəsi çəkəcək. Bu barədə "Azəryolservis"ASC-in mətbuat katibi Pünhan Mürsəliyev cümə axşamı bildirib.

Onun sözlərinə əsasən, çökmə baş verməsi nəticəsində təxminən 400 metr uzunluğunda yol yararsız hala düşüb. Hazırda Nəqliyyat Nazirliyinin mütəxəssisləri çökmüş hissənin əvəzinə yeni yol salır. Yeni yolun hissəsinin salınmasının başa çatması bu günün sonunda gözlənilir.

Bütün lazımı texnika işə cəlb edilib.

Muğanlı-İsmayıllı yolu Bakını Azərbaycanın şimal qərb rayonları - Şəki, Zakatala, Qəbələ və digərləri ilə əlaqələndirir.

Mürsəliyev onu da qeyd edib ki, hazırda bu rayonlara hərəkət etmək üçün nəqliyyat vasitələrinin sahibləri Ağsu-Qaraməryəm-İsmayıllı yolundan istifadə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti