...

Azərbaycanda apteklərin fəaliyyəti üzrə lisenziya qiyməti azala bilər - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Fevral 2010 15:02 (UTC +04:00)
Azərbaycanda apteklərin fəaliyyət üzrə lisenziya almaq üçün ödədikləri dövlət rüsumunun həcminin azalması planlaşdırılır. Bu barədə səhiyyə naziri Oktay Şirəliyev cümə günü "Yeni Azərbaycan" partiyasının mənzil-qərargahında keçirilən mətbuat konfransı zamanı bildirib.
Azərbaycanda apteklərin fəaliyyəti üzrə lisenziya qiyməti azala bilər - nazir

Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanda apteklərin fəaliyyət üzrə lisenziya almaq üçün ödədikləri dövlət rüsumunun həcminin azalması planlaşdırılır. Bu barədə səhiyyə naziri Oktay Şirəliyev cümə günü "Yeni Azərbaycan" partiyasının mənzil-qərargahında keçirilən mətbuat konfransı zamanı bildirib.

"Onun həcminin 50 min manata çatması haqqında şayiələrə baxmayaraq, hazırda icazənin alınması dəyəri 5,5 min manat təşkil edir", - nazir bildirib.

Onun sözlərinə əsasən, indiki lisenziya qiymətlərində aptek sahibləri öz xərclərini ödəyə bilmirlər. Belə ki, aptek fəaliyyətinin real gəlirləri bir qədər aşağıdır.

"Hazırda təkliflər hazırlanır. Həmin təkliflər çərçivəsində apteklərin yerindən və gözlənilən gəlirlərindən asılı olaraq onun fərqlənmə dərəcəsi vasitəsilə aptek fəaliyyəti üzrə dövlət rüsumlarının həcminin azalması mümkündür", - nazir bildirib.

Onun sözlərinə əsasən, yaxın zamanlarda bu təkliflər ölkə hökumətinə baxılması üçün təqdim olunacaq.

Fevralın 19-a rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti