...

Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2010 13:05 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə bir ABŞ dollarına 0,80332 manat səviyyəsində müəyyən olunub.
Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 22 fevral / Trend , müxbir N.İsmayılova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə bir ABŞ dollarına 0,80332 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi fevralın 18 və 19-da bir ABŞ dolları üçün 0,8034 manat, minimum isə fevralın 17-də bir ABŞ dollarına 0,8032 manat müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi

8 fevral

0,8034

15 fevral

0,8033

9 fevral

0,8034

16 fevral

0,8033

10 fevral

0,8033

17 fevral

0,8032

11 fevral

0,8033

18 fevral

0,8034

12 fevral

0,8033

19 fevral

0,8034

Həftə ərzində orta məzənnə

0,80334

Həftə ərzində orta məzənnə

0,80332

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0001 bənd (0,01 faiz) möhkəmlənib. Orta məzənnə bir ABŞ dollarına 0,80342 manat səviyyədə müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): fevralın 15-də sövdələşmə olmayıb buna görədə kurs əvvəlki səviyyədə 0,8034 AZN/USD saxlanılıb, fevralın 16-də 0,8034 AZN/USD məzənnə ilə $0,445 milyon, fevralın 17-də 0,8033 AZN/USD məzənnə ilə 4,24 milyon, fevralın 18-də 0,8035 AZN/USD məzənnə ilə $0,539 milyon və fevralın 19-da sövdələşmə olmayıb buna görədə kurs əvvəlki səviyyədə 0,8035 AZN/USD saxlanılıb.

ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi:

8 fevral

0,8034

15 fevral

0,8034

9 fevral

0,8034

16 fevral

0,8034

10 fevral

0,8034

17 fevral

0,8033

11 fevral

0,8034

18 fevral

0,8035

12 fevral

0,8034

19 fevral

0,8035

Həftə ərzində orta məzənnə

0,8034

Həftə ərzində orta məzənnə

0,80342

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Özəlləşdirmə çeklərinin qiyməti əvvəlki səviyyədə qalıb, alışı səkkiz manat, satışı doqquz manat təşkil edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin özəlləşdirmə çeklərinin istifadə prosesinin təmin olunmasına dair əlavə tədbirlər haqqında fərmanına əsasən, çeklərin istifadə müddəti daha bir il - 2011-ci il yanvarın 1-nə qədər uzadılıb. Bu qərar hazırda çeklərin 80 faizinin dövriyyədən çıxarılması ilə bağlı verilib.

Xəbər lenti

Xəbər lenti