...

MBASK sığorta şirkətinin səhmdarları idarə heyətinin sədri vəzifəsinə yeni namizədi Dövlət Sığorta Nəzarəti Xidməti ilə razılaşdırırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2010 16:17 (UTC +04:00)
MBASK sığorta şirkətinin səhmdarlarının ümumi toplantısında şirkətin 2009-cu ildə əldə etdiyi gəlirdən 2,73 milyon manatın şirkətin nizamnamə kapitalının artırılmasına yönəldilməsi haqqında qərar qəbul olunub.
MBASK sığorta şirkətinin səhmdarları idarə heyətinin sədri vəzifəsinə yeni namizədi Dövlət Sığorta Nəzarəti Xidməti ilə razılaşdırırlar

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir Ü.İsmayılova/

MBASK sığorta şirkətinin səhmdarlarının ümumi toplantısında şirkətin 2009-cu ildə əldə etdiyi gəlirdən 2,73 milyon manatın şirkətin nizamnamə kapitalının artırılmasına yönəldilməsi haqqında qərar qəbul olunub. Bu barədə şirkətin cümə axşamı yayılan məlumatında deyilir.

"Nəticədə, şirkətin bu gün üçün 3 milyon manat təşkil edən nizamnamə kapitalı səhmlərin nominal dəyərinin artırılması prosesi başa çatdıqdan sonra 5,73 milyon manat təşkil edəcək", - məlumatda bildirilir.

Məlumatda deyilib ki, iclasda həmçinin şirkətin 2009-cu ildəki fəaliyyətinin nəticələri nəzərdən keçirilib, 2010-cu il üçün şirkətin büdcəsi təsdiq edilib, rəhbər vəzifələrə namizədlər irəli sürülüb.

Şirkətin idarə heyətinin sədri Cəmil Məlikovun dövlət qulluğuna işə keçməsi ilə əlaqədar olaraq, bu vəzifəyə Maliyyə Nazirliyi ilə razılaşdırılaraq sonradan namizəd irəli sürülüb.

"İdarə heyətinin sədrinin dövlət qulluğuna işə keçməsi şirkətin inkişaf prosesinə mənfi təsir göstərməyəcək, çünki idarə heyətinin sədri vəzifəsinə namizədliyi irəli sürülən şəxs təcrübəli sığortaçıdır və öz işinin əsl peşəkarıdır", - İdarə heyəti sədrinin birinci müavini Rəşad Abbasov deyib.

Unibank-ın müşahidə şurasının idarə heyəti sədrinin daha əvvəl dediyi kimi, MBASK sığorta şirkətinin idarə heyətinin sədri vəzifəsinə Elxan Qəribli təyin edilib.

1992-ci ildən sığorta fəaliyyəti ilə məşğul olan MBASK sığorta şirkəti 29 növ sığorta xidməti göstərir, onlardan dördü icbari növdür. 2005-ci ilin yanvarından MBASK şirkəti səhmlərinin 30 faizi Avropa Yenidənqurma və İnkişaf Bankına məxsusudur. Qalanları isə 20 faiz Unibank-a və 3 fiziki şəxsə məxsusdur.

Xəbər lenti

Xəbər lenti