...

Azərbaycanın sığorta şirkətinin məcmu kapitalı 2009-cu ildə iki dəfədən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2010 12:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir Ü.İsmayılova/

"Günay Sığorta" ASC-nin 2009-cu ildəki fəaliyyətinin yekunları üzrə aktivləri 3,17 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə olan göstərici ilə eynidir. Bu barədə müstəqil auditorun rəsmi mətbuatda dərc olunmuş rəyində bildirilir.

Həmin dövrdə şirkətin uzunmüddətli aktivləri 88,33 min manat, qısamüddətli aktivləri isə 3,09 milyon manat təşkil edib. Şirkətin depozit hesablarında qısamüddətli aktivlər strukturunda 400 min manat cəmləşib, valyuta hesabları 14,57 min manat təşkil edib.

"Günay Sığorta" ASC-nin ödənilmiş nizamnamə kapitalı ötən il 1,6 milyon manat təşkil edib. İlin əvvəlində bu göstərici 805,54 min manat təşkil edib. Həmin dövrdə şirkətin mənfəəti 12,28 min manat, ötən illərin paylanmamış mənfəəti 562,97 min manat, məcmu kapitalı 1,59 milyon manat təşkil edib. Hesabat ilinin əvvəlində bu rəqəm 550,2 min manat olub.

Şirkətin uzunmüddətli öhdəlikləri 1,45 milyon manat, qısamüddətli öhdəlikləri 126,14 min manat, ümumilikdə, kapital və öhdəlikləri 3,17 milyon manat təşkil edib.

Ötən ilin yekunları üzrə şirkətin gəlirləri 2,14 milyon manat, o cümlədən sığorta haqlarından daxilolmalar 1,52 milyon manat, sığorta ödənişlərində təkrar sığortaçıların payı 153, 18 min manat, təkrar sığorta müqavilələri üzrə komisyon haqları 202,12 min manat təşkil edib.

2009-cu ilin yekunları üzrə şirkətin xərcləri 2,12 milyon manat, o cümlədən sığorta ödənişləri və sığorta məbləğləri ilə bağlı əməliyyat xərcləri 181, 21 min manat, sığorta haqlarının qaytarılması ilə bağlı 35,64 min manat, sığorta haqlarının təkrar sığortaya verilməsi üzrə 1,43 min manat, inzibati xərclər 236,94 min manat təşkil edib. Şirkətin xalis mənfəəti 12,28 min manat olub.

2009-cu ildə Günay Sığorta 10,3 min manat məbləğində gəlir vergisi ödəyib.

1992-ci ildən fəaliyyət göstərən Günay Sığortanın təsisçisi Günay Bank səhmdar bankıdır.

Aprelin 3-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti