...

Azərbaycan və Fələstin arasında iqtisadi əməkdaşlığın inkişafı üçün müsbət atmosfer var – XİN rəhbəri əl-Maliki

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2010 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 aprel /Trend/

Azərbaycan və Fələstin arasında iqtisadi əməkdaşlığın inkişafı üçün atmosfer hazırda çox müsbətdir. Fələstinin xarici işlər naziri Riyad əl-Maliki belə hesab edir. Əl-Malikinin Trend-ə müsahibəsində bildirdiyi kimi, iki ölkənin iqtisadiyyat nazirləri görüşməli və iqtisadi əlaqələrin imkanlarını müzakirə etməlidir və xüsusilə də imkan olarsa biznes mərkəzi, yaxud biznes-assosiasiya şurası yaratmalıdırlar.

"Azərbaycanlılar və fələstinlilər, hər iki ölkənin biznesmenləri müştərək layihələr və müştərək investisiyalar vasitəsilə iqtisadi əlaqələrin inkişaf imkanlarının nəzərdən keçirilməsi məqsədi ilə
həmin şuranın hissəsini təşkil edə bilərlər", - əl-Maliki deyib.

Əl-Malikinin dediyi kimi, onun Azərbaycana səfəri zamanı Azərbaycanın xarici işlər naziri və parlament üzvləri ilə görüşlərdə iki ölkə arasında bütün sahələrdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə dair razılıq əldə olunub ki, həmin sahələrdən biri də iqtisadi sahədir.

Xəbər lenti

Xəbər lenti