Azkreditbankın səhmdarları 2009-cu ildəki fəaliyyətin yekunlarını müzakirə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2010 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 aprel /Trend/

"Azərbaycan Kredit Bankı" ASC 2010-cu il mayın 31-də səhmdarların növbəti ümumi iclasını keçirəcək. Məqsəd bankın 2009-cu ildəki fəaliyyətinin yekunlarının müzakirəsidir. Bu barədə bankın məlumatında bildirilir.

İclasın gündəliyinə "Baker Tilly Azerbaijan" Beynəlxalq Auditor Şirkəti tərəfindən bankın auditor yoxlamasının yekunlarının müzakirəsi, həmçinin bankın Auditor Komitəsi sədrinin dəyişdirilməsi məsələsi daxildir.

Azkreditbank 2005-ci il dekabrın 29-da fəaliyyətə başlayıb. Bankın səhmdarları üç fiziki şəxsdir: Ş.M.Abbasov (səhmlərin 36,64 faizi), N.X.Abbasov (35,56 faiz), D.X.Abbasov (27,8 faiz).

Xəbər lenti

Xəbər lenti