...

Azərbaycanın iri sığortaçısı milli peykin sığortasına iddia edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2010 17:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanın sığorta şirkəti "Paşa Sığorta" Azərbaycanın telekommunikasiya peyki Azerspace-in sığortasında yerli tərəfdaş olmağa hazırdır. Bu barədə şirkətin idarə heyətinin sədri Nofəl Rzayev cümə günü deyib.

Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti ticarət risklərinin və mülki sərəcamda olan aeroportlar və hava nəqliyyatı idarəçiliyi orqanlarının sığortalanması üzrə "Paşa Sığorta" şirkətinə martda lisenziya verib.

"Paşa Sığorta" şirkətinin direktorlar şurası xarici brokerlərin bizim şirkəti seçəcəkləri halda digər ölkələrdə ticarət risklərinin sığortalanması barədə qərar qəbul edib", - Rzayev deyib.

Onun sözlərinə görə, "Paşa Sığorta"nın bu imkanları şirkətin hazırkı 9 milyon manatdan 20 milyon manatadək maliyyələşdirilməsindən sonra meydana gəlib. Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komissiyası "Paşa Sığorta" şirkətinin 11 milyon manat həcmində emissiyasını artıq qeydiyyata alıb.

"Nizamnamə kapitalının artırılmasından sonra "Paşa Sığorta" milli peyk Azerspace-in sığortası üzrə tenderdə iştirakı istisna etmir", - Rzayev deyib.

Azerspace-in qiyməti 160 milyon manatdan çoxdur. Peykin inşası təxminən 87 milyon manata başa gələcək. 40 milyon manat onun orbitə buraxılmasına sərf olunacaq. Peykin idarə edilməsi mərkəzi 16 milyon manat təşkil edəcək. Qalan 18 milyon manat onun 100 faizlik sığortasına sərf ediləcək.

"Paşa Holdinq" qrupunun üzvü olan "Paşa Sığorta" şirkəti korporativ və fərdi müştərilərə 30 növdə sığorta xidməti göstərir. 19,5 milyon manat birgə kapital ilə "Paşa Sığorta" ölkənin ən iri sığortaçılar beşliyinə daxildir.

Xəbər lenti

Xəbər lenti