...

Azərbaycan Milli Aviasiya Akademiyasında logistika üzrə beynəlxalq seminar keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2010 20:55 (UTC +04:00)
Bazar ertəsi Bakıda Azərbaycan Milli Aviasiya Akademiyası və Dövlət Universitetinin Beynəlxalq Logistika Mərkəzi - Ali İqtisadiyyat Məktəbinin (Rusiya) təşkilatçılığı ilə "Nəqliyyat sektoru üçün beynəlxalq səviyyəli logistlərin hazırlanması perspektivləri" adlı beynəlxalq seminar keçirilib.
Azərbaycan Milli Aviasiya Akademiyasında logistika üzrə beynəlxalq seminar keçirilib (FOTO)

Azərbaycan, Bakı, 12 aprel /Trend/

Bazar ertəsi Bakıda Azərbaycan Milli Aviasiya Akademiyası və Dövlət Universitetinin Beynəlxalq Logistika Mərkəzi - Ali İqtisadiyyat Məktəbinin (Rusiya) təşkilatçılığı ilə "Nəqliyyat sektoru üçün beynəlxalq səviyyəli logistlərin hazırlanması perspektivləri" adlı beynəlxalq seminar keçirilib.

Seminarın keçirilməsində əsas məsqəd Azərbaycanın nəqliyyat sektorunda qüvvələrin birləşdirilməsi və elm-təhsil müəssisələrinin, dövlət və nəzəriyyənin inkişafı üzrə biznes strukturu və inteqrasiya olunmuş logistikanın təcrübəsi fəaliyyətinin koordinasiyası; beynəlxalq standartlara cavab verən logistikanın hazırlanması üzrə fikir mübadiləsi, logistikanın yeni elmi istiqamət kimi inkişafına elmi və metodiki əsas yaratmaq, həmçinin yeni logistik sistem və texnikaların tətbiq edilməsidir.

Seminarı Azərbaycan Milli Aviasiya Akademiyasının prorektoru, texniki elmlər namizədi, dosent Ədalət Səmədov açıb. O, seminarın keçirilməsinin əhəmiyyətindən danışıb.

Seminarda Milli Logistika Mərkəzinin (Rusiya) prezidenti, iqtisadiyyat elmlər doktoru, professor Viktor Sergeyev məruzə ilə çıxış edib.

Həmçinin, seminarda Dövlət Universitetinin Beynəlxalq Logistika Mərkəzi - Ali İqtisadiyyat Məktəbinin (Rusiya) direktoru, iqtisadiyyat elmlər doktoru, professor Valentina Dıbskaya məruzə ilə çıxış edib.

"Avianəqliyyat istehsalatı" kafedrasının müəlimi, Silk Way "Baku Cargo Terminal" aviaşirkətinin filialının direktor müavini Vüqar Novruzov "Nəqliyyat logistikasının nəzəriyyə və təcrübəsi" mövzusunda məruzə ilə çıxış edib.

2009-2010-cu tədris ilində Azərbaycanda ilk dəfə olaraq həmin sahədə üç mühəndis-bakalavr buraxmaq planlaşdırılır.

Logistikanın tədris edilməsinin perspektiv planları yeni nəsil mütəxəssislər hazırlamaqdır.

Xəbər lenti

Xəbər lenti