Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir N.İsmayılova/
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) ucuzlaşıb. Ötən həftə orta məzənnə bir ABŞ dollarına 0,80356 manat səviyyəsində müəyyən olunub.
Manata münasibətdə dolların maksimum məzənnəsi aprelin 21, 23-də ABŞ dolları üçün 0,8036 manat, minimum isə aprelin 19 və 20-də bir ABŞ dollarına 0,8035 manat müəyyən olunub.
ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi |
|||
12 aprel |
0,8035 |
19 aprel |
0,8035 |
13 aprel |
0,8035 |
20 aprel |
0,8035 |
14 aprel |
0,8033 |
21 aprel |
0,8036 |
15 aprel |
0,8034 |
22 aprel |
0,8036 |
16 aprel |
0,8035 |
23 aprel |
0,8036 |
Həftə ərzində orta |
0,80344 |
Həftə ərzində orta |
0,80356 |
Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0003 bənd (0,03 faiz) möhkəmlənib. Orta məzənnə bir ABŞ dollarına 0,80348 manat səviyyədə müəyyən olunub.
Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): aprelin 19-da də 0,8035 AZN/USD məzənnə ilə $3,45 milyon. Aprelin 20-də 0,8035 AZN/USD məzənnə ilə $2,56 milyon, aprelin21-də 0,8035 AZN/USD məzənnə ilə 1,55 milyon, aprelin 22-də 0,8036 AZN/USD məzənnə ilə $0,081 milyon və aprelin 23-də 0,8033 AZN/USD məzənnə ilə $4,031 milyon.
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi: |
|||
12 aprel |
0,8035 |
19 aprel |
0,8035 |
13 aprel |
0,8035 |
20 aprel |
0,8035 |
14 aprel |
0,8035 |
21 aprel |
0,8035 |
15 aprel |
0,8035 |
22 aprel |
0,8036 |
16 aprel |
0,8036 |
23 aprel |
0,8033 |
Həftə ərzində orta |
0,80352 |
Həftə ərzində orta |
0,80348 |
USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.
Özəlləşdirmə çeklərinin qiyməti əvvəlki səviyyədə qalıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin özəlləşdirmə çeklərinin istifadə prosesinin təmin olunmasına dair əlavə tədbirlər haqqında fərmanına əsasən, çeklərin istifadə müddəti daha bir il - 2011-ci il yanvarın 1-nə qədər uzadılıb. Bu qərar bu gün çeklərin 80 faizinin dövriyyədən çıxarılması ilə əlaqədar verilib.