Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir Ü.İsmayılova/
Aprelin 28-30-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək IX Azərbaycan "Turizm və Səyahət" sərgisində Azərbaycanın yerli regional turizm potensialı nümayiş etdiriləcək. Bu barədə sərginin təşkilatçısı olan ITECA Caspian şirkətinin icaçı direktoru Fərid Məmmədov çərşənbə axşamı mətbuat konfransında bildirib.
"Ölkə regionlarının turizm potensialı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nümayiş etdiriləcək", - Məmmədov deyib.
Onun sözlərinə görə, bu il, ilk növbədə, Azərbaycanın regional turizm sektoru, istirahət zonalarının tam pavilyonunun ekspozisiyası, ölkənin sanatoriya və otelləri nümayiş etdiriləcək. Beynəlxalq sərginin tamaşaçılarına Azərbaycan regionlarının milli kaloriti, rəngarəng folkloru, mətbəxi və ənənələri ilə tanış olmaq üçün unikal imkan yaradılacaq.
Sərgidə 24 ölkədən 33 turizm istiqamətini əhatə edən 120 şirkət iştirak edəcək. Avstriya, Belarus, Vyetnam, Almaniya, İtaliya, Kamboca, Kipr, Çin, Litva, Rusiya, Sinqapur, Ukrayna, Fransa, İsveçrə, Estoniya və digər dövlətlər iştirakçılar sırasına daxildir.
Ekspozisiya sərgisi bu il 20 faiz artıb. Bu il sərgidə 14 ölkə milli stendlərlə iştirak edəcək. Həmin iştirakçılar sırasına Azərbaycan, Yunanıstan, Gürcüstan, Malayziya, Türkiyə, Özbəkistan, Çexiya, sərginin debütanti olacaq Misir, Hindistan, İtaliya (Litsoç Roma regionları), Mavritaniya, BƏƏ və Rusiya daxildir.