...

Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığı genişləndirmək üçün yaxşı prespektivlərə malikdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2010 14:31 (UTC +04:00)
Azərbaycan hökuməti Gürcüstan iqtisadiyyatında Azərbaycan biznesinin, Azərbaycan iqtisadiyyatında isə Gürcüstanın işgüzar insanlarının iştirakını stimullaşdırmaq niyyətindədir. Bu barədə cümə axşamı Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Tbilisidə bildirib.
Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığı genişləndirmək üçün yaxşı prespektivlərə malikdir

Gürcüstan, Tbilisi, 29 aprel /Trend, müxbir N.Kirsxaliya/

Azərbaycan hökuməti Gürcüstan iqtisadiyyatında Azərbaycan biznesinin, Azərbaycan iqtisadiyyatında isə Gürcüstanın işgüzar insanlarının iştirakını stimullaşdırmaq niyyətindədir. Bu barədə cümə axşamı Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Tbilisidə bildirib.

"Azərbaycan və Gürcüstanın biznesinin qarşılıqlı fəaliyyətinin daha sıx olması üçün real əsas mövcuddur. Biz Avropaya neft məhsullarının tədarükünə, həmçinin dəmiryol inşasına dair artıq birgə qlobal layihələr həyata keçirmişik. İkitərəfli miqyasda biznesin iştirakına ehtiyac var. Bu istiqamətdə artıq ilk addım atılıb və Azərbaycan biznesi Gürcüstanda təmsil edilir", - Mustafayev deyib.

Bu bəyanat Azərbaycan və Gürcüstan biznesmenlərinin iştirakı ilə keçirilən biznes forumundan sonra verilib. Azərbaycanın 23 şirkətinin nümayəndəsi gürcü həmkarları ilə əlaqələr qurmaq üçün Tbilisiyə gəliblər.

Mustafayev bildirib ki, Gürcüstanda kommunikasiya, maliyyə, bank tikinti və servis sahələinə Azərbaycan sərmayəsi qoyulacaq.

"İkitərəfli iqtisadiyyatın fəal inkişafı üçün daha böyük prespektivlər var", - nazir deyib.

Gürcüstanın iqtisadiyyat naziri Zurab Pololikaşvili bildirib ki, turizim sahəsində birgə layihələr əməkdaşlığın səmərəli istiqamətlərindən biri ola bilər.

"Bu istiqamətdə artıq işlər gedir, tezliklə ilk nəticələri gözləyirik", - Pololikaşvili deyib.

Xəbər lenti

Xəbər lenti