...

"Bank of Baku"nun depozit portfelinin həcmi il ərzində 40%-dən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2010 11:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Bank of Baku ASC-nin 2010-cu ilin I rübündə depozit portfelinin artımı əmanətçilərin etibarının yüksək dərəcədə olmasının parlaq göstəricisidir, - bankın məlumatında deyilir. Martın 31-də Bank of Baku-ya cəlb olunan depozitlərin həcmi 2009-cu ilin analoji göstəricisi ilə müqayisədə 41% artaraq, 102,05 mln manat təşkil edir.

Bank tərəfindən mütəmadi olaraq müvəffəqiyyətlə həyata keçirilən depozit kampaniyaları nəticəsində fiziki şəxslərin müddətli əmanətlərinin həcmi 2009-cu ilin müvafiq göstəricisi ilə müqayisədə 37% artaraq, 2010-cu ilin yanvar-mart aylarında 74,81 mln manat təşkil edir.

Hal-hazırda Bank of Baku bütün təbəqələri əhatə edən müştərilərinə sərfəli, çevik və müxtəlif şərtləri və üstünlükləri özündə birləşdirən 2 əmanət məhsulu təklif edir: "Çevik" və "Dinamik". Bu depozitlərin bir sıra üstünlükləri var: çıxarılan əmanətə yüksək gəlir faizlərini almaq, əmanəti artırmaq və ya azaltmaq, məbləğindən asılı olaraq pulsuz Visa Deposit və ya Visa Gold kartını almaq, əmanət məbləğinin 80%-dək kredit almaq imkanı və s.

Bununla yanaşı, Bank of Baku müxtəlif sosial qrupların maraqlarını nəzərə alaraq və bununla bir daha müştərilərinə daim onları düşündüyünü, onların rahatlığı və firavanlığı üçün çalışdığını sübut edərək, əhali üçün həyata keçirilən depozit kampaniyalarının arsenalını genişləndirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti