Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir Ü.İsmayılova/
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "A-Group" sığorta şirkətinin 2650,5 min manat məbləğində sadə adlı sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Bu barədə Dövlət Komitəsinin məlumatında bildirilir.
Cəmi 342 manat nominalında 7750 səhm qeydiyyata alınıb. Şirkətin səhmləri həmin sayda, lakin 200 manat nominalında səhmlərin konvertasiyası yolu ilə yerləşdiriləcək.
Yerləşdirmə nəticəsində A-Group-un nizamnamə kapitalı indiki 1,55 milyon manatdan 2,65 milyon manatadək artacaq.
Şirkətin idarə heyətinin sədri Anar Bayramovun sözlərinə görə, nizamnamə kapitalının artırılması 2009-cu ilin yekunları üzrə əldə olunmuş mənfəət hesabına təmin olunacaq.
A-Group şirkəti sığortanın üç icbari, 14 könüllü növü üzrə xidmət göstərir. Yanvar-mart aylarında şirkət 3,87 milyon manat məbləğində tədiyə toplayıb, ödənişlər isə 1,33 milyon manat təşkil edib.
Aprelin 30-na olan rəsmi məzənnə 0,8033 AZN/USD təşkil edib.
Azərbaycanın sığorta şirkəti səhmlərin nominalının dəyişdirilməsi ilə nizamnamə kapitalını 71 faiz artırır
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "A-Group" sığorta şirkətinin 2650,5 min manat məbləğində sadə adlı sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.