...

Gürcüstanın Maliyyə Nazirliyində qumar oyunları üzrə xüsusi şura yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2010 12:27 (UTC +04:00)
İyunun 1-dən Gürcüstanın Maliyyə Nazirliyində qumar oyunları üzrə xüsusi şura yaradılacaq. Burada lotereya, qumar və digər uduşlu oyunlar barədə qanuna düzəlişlər nəzərdə tutulub.
Gürcüstanın Maliyyə Nazirliyində  qumar oyunları üzrə xüsusi şura yaradılacaq

Gürcüstan,Tbilisi, 1 iyun /Trend, müxbir N.Kirsxaliya/

İyunun 1-dən Gürcüstanın Maliyyə Nazirliyində qumar oyunları üzrə xüsusi şura yaradılacaq. Burada lotereya, qumar və digər uduşlu oyunlar barədə qanuna düzəlişlər nəzərdə tutulub.

Şuranı maliyyə naziri yaradacaq və o, hökumət ilə birgə oyun biznesinin ümumi şərtlərinə baxacaq.

Şuranın tərkibinə maliyyə, ədliyyə, iqtisadi inkişaf və mədəniyyət nazirlikləri daxildir.

Qeyd etmək lazımdır ki, Gürcüstanda yalnız 21 yaşından yuxarı vətəndaşlar oyun aparatları salonu və kazinolara daxil ola bilərlər. Lakin bu normalar çox vaxt pozulur.

Xəbər lenti

Xəbər lenti