...

Azərbaycanda təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə tədbirlər görülür - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2010 15:35 (UTC +04:00)
Bu gün Kür və Araz çaylarında suyun səviyyəsinin artmasına təsir edən əsas amillər dağ yüksəkliklərində qarların əriməsi və ölkə regionlarında leysan yağışlarının yağmasıdır.
Azərbaycanda təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə tədbirlər görülür - nazir

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir N.İsmayılova/

Bu gün Kür və Araz çaylarında suyun səviyyəsinin artmasına təsir edən əsas amillər dağ yüksəkliklərində qarların əriməsi və ölkə regionlarında leysan yağışlarının yağmasıdır. Bu barədə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov çərşənbə axşamı bildirib.

"Bu amillər çaylarda suyun səviyyəsinin bir neçə santimetr artmasına səbəb ola bilər", - nazir hesab edir.

Onun sözlərinə görə, hər halda bu artımın ciddi fəsadları olmasa da, 10 gün ərzində mümkün problemlər həll olunacaq.

Nazirin dediyi kimi, Mingəçevir su anbarının imkanları tükənib və o, tədricən boşaldılmalıdır. Bu istiqamətdə işləri "Azərenerji" ASC aparır.

Nazir onu da qeyd edib ki, Kür və Araza tökülən bir sıra çaylarda suyun idarə olunması üçün qurğular quraşdırılacaq.

Son həftələr ərzində Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən, 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir və 76 min hektar əkin və örüş sahələrini su basıb.

Xəbər lenti

Xəbər lenti