Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir N.İsmayılova/
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidməti "Elvan İrmak Qida Məhsulları" şirkəti tərəfindən istehsal olunan 13,6 ton "Elvan" markalı məhsulu məhv edib. Bu barədə nazirliyin məlumatında deyilir.
Məlumatda deyildiyi kimi, dövlət xidməti "Elvan İrmak Qida Məhsulları" istehsalçısına saxlanma müddətinin bitməsi ilə əlaqədar olaraq "Elvan" markalı peçenye və qaletlərin satışının dayandırılmasını əmr edib.
Dövlət xidməti tərəfindən görülən tədbirlər nəticəsində 13,6 ton "Elvan" markalı məhsul satışdan çıxarılıb və məhv edilib.