...

Azərbaycan Kreditlər Birliyi Assosiasiyası idarə heyətinin tərkibini praktiki dəyişikliklər etmədən saxlayıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2010 15:08 (UTC +04:00)
Cümə günü keçirilmiş iclasda Elçin Bağırov yenidən Azərbaycan Kreditlər Birliyi Assosiasiyasının növbəti beş il üçün sədri seçilib.
Azərbaycan Kreditlər Birliyi Assosiasiyası idarə heyətinin tərkibini praktiki dəyişikliklər  etmədən saxlayıb (FOTO)

Аzərbaycan,Bakı, 4 iyun /Trend, müxbir N.İsmayılova/

Cümə günü keçirilmiş iclasda Elçin Bağırov yenidən Azərbaycan Kreditlər Birliyi Assosiasiyasının növbəti beş il üçün sədri seçilib.

İclasda, həmçinin, idarə heyətinin tərkibinin olduğu kimi saxlanılması qərara alınıb. Yalnız Qəhrəman Hüseynovun "Araz" Kredit Birliyinin rəhbərlər üzvlüyündən çıxması ilə əlaqədar olaraq, bu vəzifəyə Ayaz Quliyev seçilib ("Aşıqlı" Kredit Birliyinin rəhbəri).

İdarə heyətinin digər üzvləri - "Kömək" Kredit Birliyinin sədri Aydın Hüseynov, Eyyub Əhmədov ("Aqroinvest" Kredit Birliyi), Vahid Rzayev ("Nuranə" Kredit Birliyi), Abbas Nəcəfov ("Abbas" Kredit Birliyi) və Hakim Səfərovdurlar ("Savalan" Kredit Birliyi).

Xəbər lenti

Xəbər lenti