...

"ABB-Moskva"nın aktivləri il ərzində 50 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2010 20:41 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının törəmə strukturu olan "ABA-Moskva" RBK-nın "2010-cu ilin I rübündə Rusiyada ən iri banklar" reytinqinə daxil olaraq təmiz aktivlərin həcmi üzrə 136-cı yeri tutub.
"ABB-Moskva"nın aktivləri il ərzində 50 faizdən çox artıb

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Azərbaycan Beynəlxalq Bankının törəmə strukturu olan "ABA-Moskva" RBK-nın "2010-cu ilin I rübündə Rusiyada ən iri banklar" reytinqinə daxil olaraq təmiz aktivlərin həcmi üzrə 136-cı yeri tutub. Bu barədə bankın cümə günü yayılan məlumatında deyilir.

Bank reytinqdəki mövqeyini 21 pillə yaxşılaşdırıb. Bankın aktivləri 51,73% artıb və 2009-cu ilin birinci rübündəki 10 526,54 milyon rubldan bu ilin analoji dövründə 15 972,07 milyon rubladək artıb.

Keçən ilin yekunlarına əsasən, bankın depozit çantasının həcmi 103% artaraq 590 milyon manat təşkil edib. Fiziki şəxslər olan müştərilərin vəsaitlərinin ümumi həcmi 88% artaraq 726 milyon rubl təşkil edib.

"ABB-Moskva" Azərbaycan Beynəlxalq Bankının törəmə strukturudur. Rusiyada fəaliyyət göstərən ilk və yeganə yüzfaizlik Azərbaycan sərmayəsinə malik bankdır.

Xəbər lenti

Xəbər lenti