...

"ABB-MOSKVA" RBK-nın "2010-cu ilin I rübündə ən gəlirli və effektiv bank" reytinqinə daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2010 12:05 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının törəmə bankı "ABB-MOSKVA" RBK-nın "2010-cu ilin I rübündə ən gəlirli və effektiv bank" reytinqinə daxil olub və I rübün gəlirli banklarının TOP 500-də 193-cü yerdə qərarlaşıb.
"ABB-MOSKVA" RBK-nın "2010-cu ilin I rübündə ən gəlirli və effektiv bank" reytinqinə daxil olub

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Azərbaycan Beynəlxalq Bankının törəmə bankı ABB-MOSKVA RBK-nın "2010-cu ilin I rübündə ən gəlirli və effektiv bank" reytinqinə daxil olub və I rübün gəlirli banklarının TOP 500-də 193-cü yerdə qərarlaşıb.

Bank I rübün gəlirli banklarının TOP 500-də 193-cü, analoji dövrdə aktivlərdən istifadənin effektivliyi üzrə reytinqdə 120-ci, universal bankların TOP 300-də 162-ci mövqedədir.

ABB-MOSKVA, həmçinin, RBK-nın "2010-cu ilin I rübündə Rusiyanın ən iri bankı" reytinqinə də daxil olub, təmiz aktivlər üzrə 136-cı (15 972,07 milyon rubl) və kredit portfeli üzrə (7 182,94 milyon rubl) 129-cu mövqelərdə qərarlaşıb.

"ABB-Moskva" Azərbaycan Beynəlxalq Bankının törəmə strukturudur. Rusiyada fəaliyyət göstərən ilk və yeganə yüzfaizlik Azərbaycan sərmayəsinə malik bankdır.

Xəbər lenti

Xəbər lenti