...

Azərbaycanda karamel istehsalı üçün standartlar təsdiqlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2010 16:50 (UTC +04:00)
Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yeni AZS 439 - 2010 "Karamel. Ümumi texniki şərait" adlı standartı təsdiqləyib.
Azərbaycanda karamel istehsalı üçün standartlar təsdiqlənib

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yeni AZS 439 - 2010 "Karamel. Ümumi texniki şərait" adlı standartı təsdiqləyib. Bu barədə Dövlət Komitəsinin cümə axşamı yayılan məlumatında deyilir.

Bu standart şəkər nişastasının mətinə və invert şirəsinin qarışığından hazırlanmış və 1,5-4 faiz rütubətliliyə malik karamel kütləsinə, həmçinin ticarət obyektlərində satılan şəkərli qənnadı məmulatlarına - karamellərə tətbiq edilir. Yeni standartın tətbiqi onların mülkiyyət formasından asılı olmayaraq bütün sahibkarlıq fəaliyyəti növləri üçün vacibdir.

Normativ sənəddə məhsulun növü, məhsulun istehsalı üçün texniki tələblər, məhsulun fiziki-kimyəvi və mikrobioloji göstəriciləri, markirovka şərtləri, həmçinin daşınma və saxlanma şəraiti haqqında məlumat var.

Karamelin saxlanma müddəti növündən asılı olaraq 15 gündən 9 aya qədər müəyyən olunub.

Xəbər lenti

Xəbər lenti