...

Azərbaycanın regionunda ÜTT-yə üzvlük üzrə ikinci seminar keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2010 14:43 (UTC +04:00)
Cümə axşamı Azərbaycanın Mingəçevir şəhərində İqtisadi İnkişaf Nazirliyi və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) təşkilati dəstəyi ilə Azərbaycanda ticarət və sərmayə yeniliklərinə dəstək proqramı çərçivəsində "Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü və özəl sektor" mövzusunda seminar keçirilib. Bu barədə nazirliyin cümə axşamı yaydığı bəyanatında deyilir.
Azərbaycanın regionunda ÜTT-yə üzvlük üzrə ikinci seminar keçirilib

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Cümə axşamı Azərbaycanın Mingəçevir şəhərində İqtisadi İnkişaf Nazirliyi və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) təşkilati dəstəyi ilə Azərbaycanda ticarət və sərmayə yeniliklərinə dəstək proqramı çərçivəsində"Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü və özəl sektor" mövzusunda seminar keçirilib. Bu barədə nazirliyin cümə axşamı yaydığı bəyanatında deyilir.

Tədbirdə İqtisadi İnkişaf Nazirliyi, müvafiq regional dövlət strukturları, USAİD-in nümayəndələri və eləcə də sahibkarlar iştirak ediblər.

İqtisadi İnkişaf Nazirliyinin xarici ticarət və ÜTT siyasəti şöbəsinin rəhbəri Bəxtiyar Alışov Azərbaycanın ÜTT-yə üzvlüyü və ÜTT-nin tələblərinə, əsasən, milli qanunvericiliyin razılaşdırılması üzrə görülən iş haqqında məlumat verib.

Tədbirdə çıxış edən Azərbaycanda ticarət və sərmayə yeniliklərinə dəstək proqramının nümayəndəsi və ekspertlər iştirakçılara Azərbaycanın ÜTT-yə mümkün üzvlüyünün təsiri və sahibkarların bu istiqamətdə dəstəklənməsi barədə məlumat veriblər.

"Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü və özəl sektor" mövzusunda ilk tədbir iyunun 8-də Zaqatalada keçirilib.

Xəbər lenti

Xəbər lenti