...

Azərbaycanda ət məhsullarının tərkibində nitrit və kraxmalın normasının artması faktları aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyun 2010 12:54 (UTC +04:00)
Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında Antimonopoliya Siyasəti və Alıcıların Hüquqlarının Qorunması Üzrə Dövlət Xidməti "Səhliyalı" müəssisəsinin ət məhsullarının nümunələri üzərində laboratoriya analizi aparıb, - Dövlət Xidmətindən yayılan məlumatda deyilir.
Azərbaycanda ət məhsullarının tərkibində nitrit və kraxmalın normasının artması faktları aşkar edilib

Аzərbaycan, Bakı, 16 iyun /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında Antimonopoliya Siyasəti və Alıcıların Hüquqlarının Qorunması Üzrə Dövlət Xidməti "Səhliyalı" müəssisəsinin ət məhsullarının nümunələri üzərində laboratoriya analizi aparıb, - Dövlət Xidmətindən yayılan məlumatda deyilir.

"Şərq" kolbasaları, "Səhər" əla növ sardelkaları və "İveriya" sosisləri üzərində aparılan laboratoriya tədqiqatlarının nəticələrinə əsasən, nitritin miqdarı normanı keçib.

Bununla yanaşı,"Südlü" və "Lübitelskaya" kolbasalarında, müvafiq olaraq, 5,1 və 5,4 faiz nitrit aşkar olunub.

16 ət məhsulu üzərində aparılan araşdırmalar nəticəsində məhsulun ümumi tərkibində kraxmalın normadan artıq olması aşkarlanıb.

Xəbər lenti

Xəbər lenti