...

25 yaşlı Günel Bağırova "Bakcell"in "46 gün ərzində Mercedes-Benz qazan" SMS kampaniyasının qalibi olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2010 12:26 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru olan "Bakcell" Şirkəti məmnuniyyət hissi ilə bildirir ki, 20 may - 4 iyul tarixində baş tutmuş "46 gün ərzində Mercedec-Benz qazan" SMS kampaniyasının nəticələrinə görə, Günel Bağırova qalib olub. O, "Mercedes-Benz C-200 Compressor" avtomaşınına sahib olmuşdur. "Bakcell" abunəçisi oyun zamanı ən çox xal toplayıb.
25 yaşlı Günel Bağırova "Bakcell"in "46 gün ərzində Mercedes-Benz qazan" SMS kampaniyasının qalibi olub

Azərbaycan, Bakı, 7 iyul /Trend/

Azərbaycanın ilk mobil operatoru olan "Bakcell" Şirkəti məmnuniyyət hissi ilə bildirir ki, 20 may - 4 iyul tarixində baş tutmuş "46 gün ərzində Mercedec-Benz qazan" SMS kampaniyasının nəticələrinə görə, Günel Bağırova qalib olub. O, "Mercedes-Benz C-200 Compressor" avtomaşınına sahib olmuşdur. "Bakcell" abunəçisi oyun zamanı ən çox xal toplayıb.

Günel Bağırovanın 25 yaşı var.

O, Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsini və Azərbaycan Slavyan Universitetinin filologiya fakültəsini bitirib. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində filologiya fənnindən dərs deyir. Maşın sürməklə və dizaynla maraqlanır. Günel SMS kampaniya barədə öz təəssüratları ilə paylaşır:

"Mən təsadüflərə inanmıram və buna görə də dostum məni bu oyuna qoşulmağa ruhlandırana qədər oyunlarda iştirak etmirdim. Mən "Bakcell Cin" kart nömrəsini aldım, balansımı artırdım və viktorinada iştiraka başlamaq üçün 777 nömrəsinə SMS göndərdim. Oyunun son üç günü ərzində fəal şəkildə suallara cavab verməyim nəticəsində, gözümə yuxu getmirdi. Nəhayət, ayın 5-i səhər "Bakcell" nümayəndəsi mənə zəng etdi. İlk olaraq, o məndən maşın sürməyi bacarıb-bacarmadığımı soruşdu. Mən anladım ki, əsas mükafatı qazanmışam! Ağlamağa başladım... Bu, sevinc göz yaşları idi... İndi öz hisslərimi ifadə edə bilmirəm. Elə xoşbəxtəm ki! Təşəkkürlər, Bakcell!".

Bağırovanın həvəs və bilikləri ona, həmçinin, 4 "Toshiba Satellite L500" noutbukunu, 4 "Nokia 5530 Xpress Music" mobil telefonunu və iki dəfə 3 000 AZN-lik pul mükafatını qazanmağa kömək etdi.

Siz "Bakcell" nümayəndəsi və Günel Bağırova arasında onun uduşlarına dair telefon danışıqlarını yükləmək üçün bu linkdən istifadə edə bilərsiniz: http://www.bakcell.com/777/files/Bakcell-Winner.mp3

SMS kampaniyanın beş ən yaxşı iştirakçısı kampaniya gedişində hər həftə 3 000 AZN qazanmışdır. Hər gün ən çox viktorina suallarına düzgün cavab verən və ən çox xal toplayan 35 "Bakcell" abunəçisi "Nokia 5530 Xpress Music" mobil telefonu qazanıb. Otuz bir nəfər isə "Bakcell" şirkətindən "Toshiba Satellite L500" noutbukuna layiq görülüb. Kampaniya gedişində abunəçilərin əksəriyyəti fəal iştirak etmiş və bir neçə dəfə mükafatlar qazanmışdır.

SMS kampaniyasında iştirak etmiş "Bakcell" abunəçiləri intellektual bacarıq, həvəs və qalib olmaq arzusu nümayiş etdiriblər.

"Bakcell" bütün xoşbəxt qalibləri ürəkdən təbrik edir və bu kampaniyada iştiraka görə onlara təşəkkür edir! Siz mükafatlardan, biz isə Sizin biliyinizin bəhrəsindən zövq alırıq!

Son 12 ay ərzində "Bakcell" şəbəkəsini genişləndirib və Azərbaycanın regionlarında əhatə dairəsini 2 dəfə artırıb. "Bakcell"in aktiv abunəçilərinin sayı 2 mln.-a çatıb.

"Bakcell", həmçinin, öz müştərilərinə EDGE - yüksəksürətli internet də təklif edir.

"46 gün ərzində Mercedes-Benz qazan" kampaniyası, həmçinin, "Bakcell"in digər məhsulları və xidmətləri haqqında ətraflı məlumat almaq üçün, xahiş edirik, www.bakcell.com-a daxil olun və ya 555-ə zəng edin.

Qeyri-"Bakcell" abunəçiləri isə 055 000 05 55-ə zəng etməklə "Bakcell"in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti