...

Azərbaycanın "Fidan Sığorta" şirkəti nizamnamə kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2010 18:50 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Fidan Sığorta" ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb.
Azərbaycanın "Fidan Sığorta" şirkəti nizamnamə kapitalını artırır

Azərbaycan, Bakı, 9 iyul /Trend/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Fidan Sığorta" ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb. Bu barədə Bakı Fond Birjasının (BFB) cümə günü yaydığı məlumatda deyilir.

Emissiyanın həcmi 860 min manat, buraxılan qiymətli kağızların miqdarı hər birinin nominal dəyəri 20 manat olmaqla 43 min ədəddir. İstiqrazların yerləşdirilməsinin anderrayteri "Chelsea Capital" MMC-dir.

Səhmləri əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.

Təsisçiləri 1 hüquqi və 2 fiziki şəxs olan "Fidan Sığorta" Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. Bu gün şirkətin nizamnamə kapitalı 2 milyon manat təşkil edir.

İyulun 9-na olan rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti