...

"Azersun Holding" nəzdindəki "Natural Greenland" əkinçilik müəssisəsi GLOBAL GAP sertifikatına layiq görüldü

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2010 15:22 (UTC +04:00)
Azərbaycanda GLOBAL GAP standartlarına cavab verən əkinçilik məhsulları istehsal edilməkdədir.
"Azersun Holding" nəzdindəki "Natural Greenland" əkinçilik müəssisəsi GLOBAL GAP sertifikatına layiq görüldü

Azərbaycan, Bakı, 30 iyul /Trend/

Azərbaycanda GLOBAL GAP standartlarına cavab verən əkinçilik məhsulları istehsal edilməkdədir.

16 iyul 2010-cu il tarixdə "Azersun Holding" tərkibindəki "Natural Greenland" müəssisəsi GLOBAL GAP (yaxşı əkinçilik təcrübəsi) sertifikatına layiq görüldü. Bütün dünyada tətbiq edilən GLOBAL GAP "Natural Greenland" müəssisəsində reallaşdırıldı və bu, ölkədə kənd təsərrüfatı sektoru üzrə ilk əlamətdar hadisə oldu.

"Natural Greenland"in 1010 hektar ərazisində yetişdirilən pomidor, göy noxud, turşu xiyar, bibər və badımcan kimi əkinçilik məhsulları GLOBAL GAP çərçivəsində KAS CERT İNTERNATİONAL sertifikat firması tərəfindən dəyərləndirilmiş və müəssisənin turşulu xiyar məhsulu bu sertifikata layiq görülmüşdür.

15 000 ton istehsal gücünə malik olan "Natural Greenland" müəssisəsi istehsal etdiyi müxtəlif çeşidli məhsullarla insanlarımızı sağlam qida ilə təmin edir və ölkədə qida təhlükəsizliyinə öz töhfəsini verir. Bununla yanaşı, müəssisə kifayət qədər sağlam qida istehsal edə biləcək torpaq və su kimi təbii mənbələri qoruyaraq gələcək nəsillərə çatdırmaq missiyasını yerinə yetirir. Zavodun ən böyük üstünlüyü xammalını  öz kənd təsərrüfatı ərazilərindən günlük təzə olaraq təmin etməsidir. Bölgənin iqlim və torpaq şəraitinin əlverişliliyi yüksək keyfiyyətli məhsul əldə etməyə qadirdir. "Natural Greenland" istehsal sahəsinin mövcudluğu Azərbaycanda işsizlik probleminin həll edilməsi istiqamətində möhtəşəm bir addımdır. Bölgədə yerləşən qaçqın düşərgələrində yaşayan vətəndaşlarımız bu müəssisədə işlə təmin olunur ki, bu da işsizliyin aradan qaldırılması yönündə dövlət siyasətinin aparıcı istiqamətlərindən biridir.

Hazırda "Natural Greenland" digər məhsulların da sertifikata layiq görülməsi üçün inadla çalışmaqdadır.

"Natural Greenland"in GLOBAL GAP-a uyğun reallaşdıracağı əkinçilik istehsalı ilə torpaq və mövcud olduğumuz ətraf mühit qorunacaq, ölkədə rifah halının yüksəlməsinə səbəb olacaq. Bu, daha az maddiyətlə istehsala nail olmağa gətirib çıxaracaq. Hazırda istehlakçılar maariflənməkdə və aldıqları qidaların sağlam olub-olmadığına daha böyük önəm verməkdədirlər. Bütün dünyada uyğulanan GLOBAL GAP istehlakçıların qida təhlükəsizliyinin ən yüksək səviyyədə təmin olunmasının, insan sağlamlığına olan risklərin ən aşağı səviyyədə tutulmasının, əkinçilik məhsulunun mənbəyi haqda lazımi bilginin verilməsinin, istehlakçının qida keyfiyyəti ilə bağlı tələbinin təmin edilməsinin qarantıdır.

Xəbər lenti

Xəbər lenti