...

Hacıqabul-Bəhramtəpə yolunun 8-ci kilometrliyində Kür çayı üzərindəki dağılmış körpünün əvəzinə yenisi tikilə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2010 21:03 (UTC +04:00)
Səhər saatlarında Hacıqabul-Bəhramtəpə yolunun 8-ci kilometrliyində Şirvan və Sabirabad arasında Kür çayı üzərindəki körpünün 20 kvadratmetr sahəsi en boyunca dağılıb.
Hacıqabul-Bəhramtəpə yolunun 8-ci kilometrliyində Kür çayı üzərindəki dağılmış körpünün əvəzinə yenisi tikilə bilər

Azərbaycan, Şirvan, 30 iyul /Trend, müxbir S.Nağıyev/

Səhər saatlarında Hacıqabul-Bəhramtəpə yolunun 8-ci kilometrliyində Şirvan və Sabirabad arasında Kür çayı üzərindəki körpünün 20 kvadratmetr sahəsi en boyunca dağılıb. Nəqliyyatın gediş-gəlişi tam olaraq - ikitərəfli dayandırılıb.

Şirvan şəhər 34 saylı yol istismar idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunaraq körpünün bərpasına başlanılıb. İdarənin rəis müavini Nizami Məmmədovun açıqlamasına görə, körpü bu gün axşam 17:00-qədər bərpa olunmalı idi. Lakin Daxili İşlər Nazirliyi və Nəqliyyat Nazirliyinin birgə qərarı ilə körpünün istismarı tamamilə dayandırılıb. Buna da səbəb körpünün istismar müddətinin çoxdan keçməsidir.

Trend-in bölgə müxbirinə verilən məlumata görə, qərara alınıb ki, Moskvadan mütəxəssislər dəvət olunsun, körpünün bərpası mümkündürsə bərpa olunsun, mümkün deyilsə yeni körpü tikilsin. 

Hazırda körpü bağlıdır. Alternativ yollar Sabirabad-Padarçöl-Kürdəmir magistralına çıxan yol və Sabirabad-Noxudlu-Salyan yoludur.

Xəbər lenti

Xəbər lenti