...

Azərbaycan bankı "Parabank" və "Priority Pass" şirkəti əməkdaşlıq haqqında saziş imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2010 17:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 avqust /Trend/

Azərbaycan bankı "Parabank""Priority Pass" şirkəti əməkdaşlıq haqqında saziş imzalayıblar. Bu barədə bankın bazar ertəsi yayılan məlumatında deyilir.

1992-ci ildən bu günədək dünyanın ən böyük aeroportlarında VIP zallara daxil olmaq imkanı verən bu proqramdan "Parabank"ın müştəriləri də istifadə edə biləcəklər.

"Priority Pass" dünyanın 100 ölkəsinin 300 şəhərinin 600 aeroportunda qəbul edilir və VIP zallarında uçuş növündən asılı olmayaraq bu zallara daxilolmanı təqdim edir.

"Priority Pass"ın üstünlüyü konfrans-zallar, duş kabinələri, namaz otaqları, pulsuz yemək və içkilərin, eləcə də uçuşdan əvvəl istirahətin olmasından ibarətdir.

Bu əməkdaşlıq bankın mövcud və potensial müştərilərinə təqdim etdiyi xidmətlər spektrinin genişləndirilməsinə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti