...

Bakıda Azərbaycanın investisiya və ixrac imkanlarının təqdimatı keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Avqust 2010 20:23 (UTC +04:00)
Bazar ertəsi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən Bakıda xarici ölkələr üçün Azərbaycanın investisiya və ixrac imkanlarının təqdimatı keçirilib. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin bazar ertəsi yayılan məlumatında deyilir.
Bakıda Azərbaycanın investisiya və ixrac imkanlarının təqdimatı keçirilib

Azərbaycan, Bakı, 9 avqust/ Trend /

Bazar ertəsi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən Bakıda xarici ölkələr üçün Azərbaycanın investisiya və ixrac imkanlarının təqdimatı keçirilib. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin bazar ertəsi yayılan məlumatında deyilir.

Təqdimatdan əvvəl BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının nümayəndəsi Fikrət Akçura, Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli və Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Əbdül Həmid Azərbaycanın iqtisadi nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar.

Təqdimatda AZPROMO-nun prezidenti Adil Məmmədov Azərbaycan iqtisadiyyatı, ölkəmizin investisiya imkanları, AZPROMO-nun fəaliyyəti, yerli ixracatçılar və xarici investorlar üçün qurumun həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

"Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradılmış, ixrac imkanları genişlənmişdir", - Məmmədov qeyd edib.

Təqdimatda BMT-nin iqtisadi qurumları ilə əlaqələrin inkişafı, xarici investorların Azərbaycanda həyata keçirilən layihələrdə fəal iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti