...

Azərbaycan bankı "Nikoil Bank" kapitalı 1,6 milyon manatdan çox artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Avqust 2010 14:11 (UTC +04:00)
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) ""Nikoil Bank" Səhmdar-İnvestisiya Şirkətinin 1,654 milyon manat məbləğində adi sənədsiz səhmlərinin emissiya prospektlərini qeydiyyata alıb. Bu barədə QKDK-nin çərşənbə axşamı yayılan məlumatında deyilir.
Azərbaycan bankı "Nikoil Bank" kapitalı 1,6 milyon manatdan çox artırıb

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) ""Nikoil Bank" Səhmdar-İnvestisiya Şirkətinin 1,654 milyon manat məbləğində adi sənədsiz səhmlərinin emissiya prospektlərini qeydiyyata alıb. Bu barədə QKDK-nin çərşənbə axşamı yayılan məlumatında deyilir.

QKDK hər birinin nominal dəyəri 0,2 manatdan ibarət 8 270 640 emissiya prospektini qeydiyyata alıb.

Hazırda bankın nizamnamə kapitalı 25 milyon manat təşkil edir.

"Nikoil Bank" Azərbaycanda 1997-ci ildən fəaliyyət göstərir. 2008-ci ildə "Topaz İnvestments" şirkəti tərəfindən "Nikoil Bank"ın nəzarət paketi alındıqdan sonra, səhmdarların iştirakı aşağıdakı kimidir: "Topaz İnvestments" - 53,1%, "Nikoil" QSC - 28,7%, "Uralsib-İnvest" MMC - 13,9% və "ISR Holding" - 4,3%.

Avqustun 24-nə rəsmi məzənnə AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti