...

Ukrayna Gürcüstana taxıl satacaq – səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Avqust 2010 14:49 (UTC +04:00)
Dünya bazarlarında taxıl qıtlığına və aşağısəviyyəli məhsuldarlığa baxmayaraq, Kiyev Gürcüstana taxıl ixrac edəcək. Bu barədə çərşənbə günü Ukraynanın Gürcüstandakı səfiri Vasili Sibenko deyib.
Ukrayna Gürcüstana taxıl satacaq – səfir

Gürcüstan, Tbilisi, 25 avqust /Trend, müxbir N.Kirsxaliya/

Dünya bazarlarında taxıl qıtlığına və aşağısəviyyəli məhsuldarlığa baxmayaraq, Kiyev Gürcüstana taxıl ixrac edəcək. Bu barədə çərşənbə günü Ukraynanın Gürcüstandakı səfiri Vasili Sibenko deyib.

"Gürcüstanın iş adamları taxılın alışı ilə bağlı Ukrayna tədarükçüləri ilə artıq danışıqlar aparırlar", - o deyib. - "Ukrayna ən böyük taxıl ixracatçılarından biridir, biz onu mütləq Gürcüstana tədarük edəcəyik".

Rusiyanın taxıl ixracını dayandıracağı barədə yayılan informasiyadan sonra, Gürcüstanda çörəyin qiyməti 10-15 tetri (1 dollar=1,84 lari) artıb.

Xəbər lenti

Xəbər lenti