...

GRBS təlim mərkəzi Azərbaycan regionlarında kadrların sertifikatlaşdırılması üzrə kurslar keçir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Avqust 2010 20:13 (UTC +04:00)
GRBS təlim mərkəzi Azərbaycan Auditorlar Palatasının dəstəyi ilə ölkə regionlarında kadrların sertifikatlaşdırılması məqsədilə birhəftəlik - ongünlük kurslar keçir.
GRBS təlim mərkəzi Azərbaycan regionlarında kadrların sertifikatlaşdırılması üzrə kurslar keçir

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir N.İsmayılova/

GRBS təlim mərkəzi Azərbaycan Auditorlar Palatasının dəstəyi ilə ölkə regionlarında kadrların sertifikatlaşdırılması məqsədilə birhəftəlik - ongünlük kurslar keçir. Bu barədə çərşənbə günü Azərbaycan Auditor Palatasının rəhbəri Vahid Novruzov bildirib.

"Naxçıvan, Lənkəran, Gəncə, Zaqatala və Xaçmaz şəhərlərində artıq konfranslar keçirilib. Bu konfranslar çərçivəsində yerli mütəxəssilərə 1000-dən çox sertifikat verilib", - Novruzov qeyd edib.

Onun sözlərinə görə, kurslar GRBS təlim mərkəzi, Auditorlar Palatası və şəhər icra hakimiyyətləri tərəfindən təşkil edilib.

"Kurslara çox böyük maraq göstərilib ki, bu da ölkə regionlarının dünya iqtisadiyyatına inteqrasiya istiqamətində hərəkət etdiyini göstərir", - o deyib.

Novruzovun sözlərinə görə, Auditorlar Palatası GRBS ilə belə seminarların davam etdirilməsi, artıq kursların keçirildiyi regionlarda isə müxtəsər, lakin iştirakçılar üçün lazımi bilik həcmi kəsb edən daha uzun birhəftəlik - ongünlük seminarlar təşkil etməklə bağlı razılığa gəlib.

GRBS® təlim mərkəzi ölkənin Auditorlar Palatası ilə əməkdaşlıq çərçivəsində həm dövlət, həm qeyri-hökumət, həm də yerli və xarici kommersiya təşkilatlarında kadrlar və mühasibat, maliyyə və vergi sahələrinin qulluqçuları üçün Azərbaycanda analoqu olmayan həm Azərbaycan, həm də rus dilində hazırlıq və milli sertfikatlaşdırma proqramı keçirir.

Xəbər lenti

Xəbər lenti