Gürcüstan, Tbilisi, 2 sentyabr /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstanın İqtisadiyyat Nazirliyi 7 ay ərzində ümumi dəyəri 97,9 milyon lari (1 dollar=1,83 lari) olan bir neçə obyekt satıb. Bu barədə cümə axşamı nazirliyin məlumatında deyilir.
Məlumata görə, bu məbləğdən 61,9 milyon lari artıq büdcədə toplanıb, 36 milyon lari isə xəzinəyə daxil olmalıdır.
İqtisadiyyat Nazirliyi 2010-cu ilin özəlləşdirilmə planının yerinə yetirilməsi üçün daha 72,1 milyon lari həcmində obyekt satılmalıdır.
Çərşənbə günü nazirlik keçmiş Batumi neft emalı zavodunu 15 milyon dollara satıb.