...

Bakıda 25 Avropa ölkəsinin vergi administrasiyaları nümayəndələrinin görüşü keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2010 17:52 (UTC +04:00)
Sentyabrın 14-dən Bakıda Avropa Vergi Administrasiyaları Təşkilatının (IOTA) yarımqrup və işçi qruplarının "ƏDV-nin ödənilməsi zamanı pozuntuların aşkar edilməsi və qarşısının alınması" mövzusunda iclası keçirilir.
Bakıda 25 Avropa ölkəsinin vergi administrasiyaları nümayəndələrinin görüşü keçirilir

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Sentyabrın 14-dən Bakıda Avropa Vergi Administrasiyaları Təşkilatının (IOTA) yarımqrup və işçi qruplarının "ƏDV-nin ödənilməsi zamanı pozuntuların aşkar edilməsi və qarşısının alınması" mövzusunda iclası keçirilir. Bu barədə çərşənbə günü Vergilər Nazirliyinin rəsmi çap orqanı "Vergilər"də dərc olunmuş məlumatda deyilir.

25 Avropa ölkəsinin vergi administrasiyaları nümayəndələrinin iştirakı ilə keçirilən və sentyabrın 17-dək davam edəcək iclasın gedişində ƏDV üzrə hesab-fakturalarla bağlı fırıldaqçılıqla mübarizə sahəsində təcrübə mübadiləsi və bu sahədə müəyyən uğurlar əldə etmiş ölkələrin təcrübəsi ilə tanışlıq həyata keçirilir.

Çərşənbə axşamı yarımqrupun iclası keçirilib və işçi qruplarının iclasında müzakirə olunması üçün məsələlər hazırlanıb.

Çərşənbə günü Azərbaycan işçi qruplarının iclasında ƏDV ödənişi üçün vahid depozit hesabı sisteminin tətbiqinin təqdimatını keçirib ki, bu da digər ölkələrdə böyük maraq doğurub.

Vergilər Nazirliyi IOTA-ya üzvlüklə yanaşı, Avropa ölkələrində vergi prosesləri, eləcə də Aİ-də vergi sistemlərinin harmonizasiyası və vahid standartların yaradılmasına dair məsələlərlə tanışlıq imkanı əldə edib.

Avropa Vergi Administrasiyaları Təşkilatı (The Intra-European Organization of Tax Administration, IOTA) vergi administrasiyalarının üzvlüyünə əsaslanan hökumətlərarası beynəlxalq təşkilatdır. IOTA-nın mənzil-qərargahı Budapeştdə (Macarıstan) yerləşir.

Xəbər lenti

Xəbər lenti