...

Azərbaycanın sığorta şirkəti avtosığorta üzrə yeni tarifləşdirmə sistemini tətbiq edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2010 17:09 (UTC +04:00)
Azərbaycanın sığorta şirkəti MBASK müştərinin və sığorta edilmiş avtomobilin risk dərəcəsindən asılı olan yeni tarifləşdirmə sisteminin tətbiq edilməsinə başlayıb.
Azərbaycanın sığorta şirkəti avtosığorta üzrə yeni tarifləşdirmə sistemini tətbiq edir

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın sığorta şirkəti MBASK müştərinin və sığorta edilmiş avtomobilin risk dərəcəsindən asılı olan yeni tarifləşdirmə sisteminin tətbiq edilməsinə başlayıb. Yeni sistemə əsasən, şirkətin müştəriləri skorinqin nəticələrinə görə və bu müştərinin hansı kateqoriyaya aid olmasından asılı olaraq, avtosığorta üzrə standart tariflərə yeni endirimlər əldə edəcək. Bu barədə şirkətin cümə günü yayılan məlumatında deyilir.

Kateqoriyalar konkret müştəri və ya sığorta edilmiş avtomobillə bağlı olan risklərdən asılı olaraq müəyyən ediləcək. Avtosığorta üzrə müqavilələrin bərpa olunması zamanı müştərilərin kateqoriyaları və müvafiq olaraq endirimin ölçüsü bu və ya digər müştərinin itki tarixindən asılı olaraq dəyişəcək. Beləliklə, MBASK şirkətin hər bir müştərisi üçün fərdi, proqressiv tariflərin tətbiqinə başlayıb.

Bu hadisələri şərh edərək, MBASK SC İdarə Heyəti sədrinin birinci müavini Rəşad Abbasov bildirib ki, bu yeni sistemi tətbiq etməklə, şirkət faktiki olaraq tariflərin fərdiləşdiləşdirilməsinə keçib.

"Məntiq kifayət qədər sadədir. Avtosığorta üzrə müştərilər eyni ola bilməzlər. Eyni zamanda, onların sığorta etdiyi avtomobillər də fərqlənir. Müştərilərin sığorta hallarının tezliyi də müxtəlifdir. Lakin avtosığorta üzrə müştərilərin təəssüfünə səbəb olaraq, əksər hallarda onlar standart tariflər və standart endirimlər ala bilirlər. Proqressiv tarif tətbiq etməklə, biz müştərilər arasında fərq qoyuruq, hər bir müştərimizə fərdi qaydada yanaşırıq", - Abbasov deyib.

O həmçinin bildirdi ki, yeni tarifləşdirmə sisteminin tətbiq edilməsi ilə eyni vaxtda MBASK şirkəti INSITE şirkəti ilə müqavilə bağlayaraq, Azərbaycan bazarında avtomobillərin orta bazar dəyərinin avtomatlaşdırılmış hesablama sisteminin istifadəçisi olub. Avtomatlaşdırılmış qiymətləndirmə sistemi avtomobilin dəyərini INSITE şirkətinin internet səhifəsi vasitəsi ilə onlayn rejimdə avtomobilin seçilmiş parametrlərinə müvafiq olaraq hesablamaq imkanı verir.

"Avtomobilin dəyərinin qiymətləndirilməsi məsələsi şirkət üçün həmişə aktual olub. Bu məsələnin həll edilməsi üçün biz ekspertlərə müraciət etdik, müxtəlif internet portallarında avtomobillərin dəyərlərini yoxladıq, avtomobil bazarında identik avtomobilin dəyərini tapmağa çəhd etdik, avtodilerlərin xidmətindən istifadə etdik. Qeyd olunan sistem özü ilə bütün sadalananları əvəz edir, lakin eyni zamanda istifadədə asandır və kompüterdən aralanmadan bir neçə saniyə ərzində avtomobilin dəyərini qiymətləndirməyə imkan verir", - Abbasov qeyd edib.

Xəbər lenti

Xəbər lenti