...

"Beynəlxalq Sığorta Şirkəti" "Ümid yeri" uşaq evini öz himayəsinə götürüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2010 13:21 (UTC +04:00)
Azərbaycan sığorta bazarının aparıcı şirkətlərindən olan "Beynəlxalq Sığorta Şirkəti" ASC 2010-cu ilin sentyabr ayında "Ümüd yeri" uşaq evini ziyarət edib. "Beynəlxalq Sığorta Şirkəti" ASC valideyn qayğısından kənar qalmış uşaqların taleyinə biganə qalmayaraq, xeyriyyə aksiyası keçirib.
"Beynəlxalq Sığorta Şirkəti" "Ümid yeri" uşaq evini öz himayəsinə götürüb

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

Azərbaycan sığorta bazarının aparıcı şirkətlərindən olan "Beynəlxalq Sığorta Şirkəti" ASC 2010-cu ilin sentyabr ayında "Ümüd yeri" uşaq evini ziyarət edib. "Beynəlxalq Sığorta Şirkəti" ASC valideyn qayğısından kənar qalmış uşaqların taleyinə biganə qalmayaraq, xeyriyyə aksiyası keçirib.Yeni tədris ilinin başlanması ilə əlaqədar şirkət uşaq evinin sakinlərini zəruri məktəb ləvazimatları və məktəbli forması ilə təmin edib.

Bununla yanaşı, "Ümüd yeri" uşaq evinə hədiyyə olaraq, hər bir uşağa 5 000 manat məbləğində təminat verən bədbəxt hadisələrdən sığorta şəhadətnaməsi təqdim olunub. "Beynəlxalq Sığorta Şirkəti" ASC uşaq evini öz himayəsinə götürməyi və gələcəkdə uşaqların həyatında iştirak etməyi qərara alıb.

Qeyd edək ki, "Beynəlxalq Sığorta Şirkəti" Azərbaycanda ən iri sığorta şirkətlərindən biridir. Şirkət 2002-ci ildə "Beynəlxalq Bank" tərəfindən təsis edilib. Hazırda şirkət həm fiziki, həm də hüquqi şəxslərə 37 sığorta növü üzrə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti