...

Koreya və Azərbaycan əməkdaşlığın yeni mexanizmlərini hazırlayırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Oktyabr 2010 12:20 (UTC +04:00)
Koreya və Azərbaycan əməkdaşlığın mexanizmlərinin gələcək işlənməsi perspektivlərini nəzərdən keçirirlər. Koreyanın Azərbaycandakı səfiri Li Ji Han (Jiha Lee) Trend-ə bildirib.
Koreya və Azərbaycan əməkdaşlığın yeni mexanizmlərini hazırlayırlar

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir T. Konyayeva/

Koreya və Azərbaycan əməkdaşlığın mexanizmlərinin gələcək işlənməsi perspektivlərini nəzərdən keçirirlər. Koreyanın Azərbaycandakı səfiri Li Ji Han (Jiha Lee) Trend-ə bildirib.

Onun sözlərinə görə, iki ölkə hökuməti arasında əməkdaşlığın bir neçə mexanizmi mövcuddur. "Bildiyiniz kimi, biz hər il hər iki ölkənin XİN-ləri arasında məsləhətləşmələr üçün görüşlər keçiririk. Həmçinin, bu il hər iki ölkənin nəqliyyat, ətraf mühit və kənd təsərrüfatı nazirlərinin görüşləri keçirilib", - o qeyd edib.

Li Ji Han müxtəlif sahələrdə əməkdaşlığa toxunaraq bildirib ki, bu il ölkələr arasında 7 birgə layihə üzrə razılıq əldə olunub. Bundan əlavə, Koreya hökuməti və KOICA şirkəti 80-ə yaxın azərbaycanlı məmuru treninqlərdə iştirak etmək üçün dəvət edib.

"Özəl sahədə əməkdaşlığa gəldikdə qeyd etmək lazımdır ki, bu sektor kifayət qədər inkişaf etməyib", - səfir bildirib.

Li Ji Hanın sözlərinə görə, Azərbaycanda bir neçə Koreya şirkəti, o cümlədən, nəqliyyatın intellektual idarə edilməsi layihəsini həyata keçirən "SK C&C Ltd", Gəncə və Yevlax arasında yolun tikintisini həyata keçirən "Ultra Construction and Engineering Co", ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) əsas binasının inşası kimi bir neçə layihələri həyata keçirən "Dong Sang Engineering" şirkətləri çalışır.

Ticarət əlaqələri də sürətlə inkişaf edir. 2005-ci ilədək mal dövriyyəsinin həcmi çox aşağı idi - cəmi 47 milyon dollar; lakin 2008-ci ildə bu rəqəm əhəmiyyətli dərəcədə (on dəfə) artdı, ötən il isə bu rəqəm 446 milyon dollar təşkil edib. "Hesab edirəm, bu rəqəmlər ildən-ilə artacaq", - səfir qeyd edib.

Səfirin sözlərinə görə, ölkələrimiz nəqliyyat sahəsində fəal əməkdaşlıq edir. Hazırda Bakıda Koreya istehsalı olan avtobuslar fəaliyyət göstərir. Nəqliyyat nazirlikləri arasında Azərbaycana 1 800 avtobusun nəqlinə dair müqavilə imzalanıb ki, onlardan 1 300-ü idxal olunub. Qalan 500 avtobusun gətirilməsi isə bu ilin sonuna qədər gerçəkləşəcək.

Səfirin dediyi kimi, bu ilin iyul ayında KOICA şirkəti növbəti ilin iyuluna qədər tamamlanacaq layihənin həyata keçirilməsinə başlayıb. Koreya hökuməti layihənin bu mərhələsinin gerçəkləşməsi üçün 1,6 milyon dollar ayırıb. Təhlilin nəticələri müsbət olarsa və maliyyə imkanları buna imkan verərsə, şübhəsiz, Koreya bu layihədə fəal iştirak edəcək. Körpünün inşası Bakıda nəqliyyat problemini həll edəcək. Hazırda Azərbaycan paytaxtında dairəvi yollar inşa edilir. Körpünün mövcudluğu onun effektivliyinə şərait yaradacaq. "Ümid edirəm, analizin nəticələri layihəni davam etdirməyə imkan verəcək. Lakin bu, yalnız Koreya şirkətlərindən asılı deyil. Bu, iki milyard dəyərində geniş layihədir. Biz onu maliyyələşdirməyin modellərini axtarmağa hazırıq. Lakin hazırkı mərhələdə təhlilin nəticələrini gözləmək lazımdır. Bir neçə ekspert mövcud layihə üzərində işləyir və onlar maliyyələşdirmənin yollarını tapacaqlar", - Li Ji Han deyib.

Nəqliyyatı idarə edəcək intellektual sistemin yaradılmasına gəldikdə, səfir bildirib ki, layihə çərçivəsində bu vaxta qədər lazımi tədqiqatlar aparılıb, əsas detallar alınıb və bu ilin sentyabrında elektrik və kommunikasiya sahəsində işlərə başlanılıb.

Plana əsasən, növbəti ilin əvvəlinə qədər bu sistem istismara veriləcək, bütün işlər isə gələn ilin aprelinə qədər tamamlanacaq. Yeddiaylıq işlərdən sonra yoxlama aparılacaq. Beləliklə, növbəti ilin noyabrına qədər sistem fəaliyyət göstərməlidir.

Xəbər lenti

Xəbər lenti