...

Azərbaycan Beynəlxalq Bankı və "Belarusbank" çərçivə sazişi imzalayıblar (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2010 16:06 (UTC +04:00)
MDB ölkələrinin "Maliyyə istitutları MDB ölkələri iqtisadiyyatının modernləşdirilməsinin əsasıdır" III Beynəlxalq Bakı konfransı çərçivəsində Azərbaycan Beynəlxalq Bankı (ABB) və "Belarusbank" bank sahəsinin əksər sahələrində və həm Belarus, həm də Azərbaycan ərazisində müştərilərə xidmətin gostərilməsində əməkdaşlığı nəzərdə tutan çərçivə sazişi imzalayıblar.
Azərbaycan Beynəlxalq Bankı və "Belarusbank" çərçivə sazişi imzalayıblar (FOTO)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir İ.Xəlilova/

MDB ölkələrinin "Maliyyə istitutları MDB ölkələri iqtisadiyyatının modernləşdirilməsinin əsasıdır" III Beynəlxalq Bakı konfransı çərçivəsində Azərbaycan Beynəlxalq Bankı (ABB) və "Belarusbank" bank sahəsinin əksər sahələrində və həm Belarus, həm də Azərbaycan ərazisində müştərilərə xidmətin gostərilməsində əməkdaşlığı nəzərdə tutan çərçivə sazişi imzalayıblar.

"Saziş transmilli müqavilələri də nəzərdə tutur, - mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev deyib. - İki ölkə arasında qarşılıqlı münasibətlər dinamik inkişaf edir".

Konfrans zamanı ABB "cash-to-card" layihəsinin işə salınması üzrə "Coinstar Eurasia Limited" ilə də memorandum imzalayıb.

"Bu layihə üzərində ABB "Coinstar" şirkəti ilə birgə çoxdandır işləyir və demək olar ki, bu gün biz bu prosesin müəyyən mərhələsinə yekun vurduq və artıq dekabrdan etibarən bu sistem çərçivəsində ödənişlər həyata keçiriləcək", - Hacıyev qeyd edib.

Onun sözlərinə görə, ilk növbədə biznes model hazırlanıb, ABB-nin buraxdığı bank kartlarının artırılması yolu ilə transmilli tranzaksiyaların, pul köçürmələrinin həyata keçirilmə qaydası müəyyənləşdirilib.

"Coinstar" və "AzeriCard" Azərbaycan Prosessinq Mərkəzi "cash-to-card" tranzaksiyalarının həyata keçirilməsi üçün prosessinq mərkəzinin birbaşa birləşdirilməsini təmin edən texnoloji platforma hazırlayıblar.

"Bu çox maraqlı layihədir və demək olar ki, MDB ərazisində birincidir", - Hacıyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti