...

Azərbaycan "Doing Business 2011" reytinqində 54-cü yeri tutub

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2010 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) "Doing Business 2011: "Sahibkarlıq üçün şəraitin yaxşılaşdırılması" birgə hesabatının nəticələrinə əsasən, sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait reytinqində 54-cü yeri tutub. Bu barədə "Doing Business"in rəsmi saytında dərc edilən məruzədə deyilir. Araşdırmaya 183 ölkə cəlb olunub.

Son hesabata əsasən, 2009-2010-cu illərdə Azərbaycanda kreditlərin alınması və vergi ödənişləri sahələrində islahatlar effektiv aparılıb.

Hesabatda deyildiyi kimi, Azərbaycan maliyyə institutlarına borclar haqqında məlumat verib və kredit almağa imkan verən "online" platforma - dövlət kredit reyestrini yaratmaqla, kreditlərin alınması şəraitini yaxşılaşdırıb. Bundan başqa, Vergi Məcəlləsinə edilən dəyişikliklər bir sıra faiz dərəcələrinin, o cümlədən gəlir vergisi üzrə faiz dərəcələrinin azldılmasına, eləcə də korporativ gəlir vergisi və ƏDV-nin ödəniş prosesinin sadələşdirilməsinə xidmət edib.

Reytinqdə MDB ölkələrindən Qazaxıstan 59-cu, Belarus 68-ci, Rusiya 123-cü yeri tutublar.

Aparacı islahatlar onluğuna Sinqapur, Honq-Konq (Çin), Yeni Zelandiya, Böyük Britaniya, ABŞ, Danimarka, Kanada, Norveç, İrlandiya, Avstraliya daxil olublar.

"Doing Business"in hesabatları 2004-cü ildən dərc edilərək hər il kriteriyalar siyahısını artırır. Onların əsasında ölkənin reytinqi tərtib edilir. 2004-cü ildə onlar cəmi beş olduğu halda, son hesabatda araşdırmalar doqquz istiqamət üzrə aparılıb: biznesin başlanğıcı, tikintiyə icazə, əmlakın qeydiyyatı, kreditlərin alınması, investorun maraqlarının qorunması, vergilərin ödənilməsi, ixrac-idaxal əməliyyatlarının rəsmiləşdirilməsi, müqavilələrin yerinə yetirilməsinin təmini, biznesin bağlanması.

"Doing Business-2009" hesabatında Azərbaycan iqtisadiyyatda islahatlar sahəsində lider kimi tanınıb. Bununla da, Azərbaycan təkcə iqtisadi inkişaf templəri üzrə deyil, həm də işgüzar mühitin yaxşılaşdırılmasına yönələn iqtisadiyyatda islahatlar sahəsində lider olub.

Xəbər lenti

Xəbər lenti