...

Bu il Azərbaycanda turizm sektorunun əhəmiyyətli inkişafı proqnozlaşdırılır - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2010 12:58 (UTC +04:00)
İlin sonunda Azərbaycanda turizm sahəsində artım ötən ilə nisbətən 10-15 faiz təşkil edəcək. Bu barədə cümə axşamı mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib.
Bu il Azərbaycanda turizm sektorunun əhəmiyyətli inkişafı proqnozlaşdırılır - nazir

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir А.Axundov/

İlin sonunda Azərbaycanda turizm sahəsində artım ötən ilə nisbətən 10-15 faiz təşkil edəcək. Bu barədə cümə axşamı mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib.

"Bizim artım tempimiz Ümumdünya Turizm Təşkilatının artım tempinə uyğundur", - Qarayev bildirib.

Altı ayın yekunlarına əsasən, turizm sektorunda artım ötən illə müqayisədə 13,5 faiz təşkil edib.

"Bu, yaxşı göstəricidir və onun üzərində işləyirik. Mən hesab edirəm ki, biz bu artım tempini gələcəkdə də saxlayacağıq", - nazir deyib.

Onun sözlərinə görə, turistlərin sayının artırılması planında prioritet regionlar Avropa və Asiya ölkələridir.

"İndi biz Fars körfəzi və Uzaq Şərq ölkələri, daha doğrusu, Çin, Koreya və Yaponiyadan turist axınını artırmağı planlaşdırırıq. Bu ölkələrdən turist axını bizim üçün çox vacibdir", - Qarayev qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda daxili turizm payı xarici turizm payını ötür. Yay mövsümü üzrə daxili turizm göstəriciləri ötən ilin analoji göstəricisindən 25 faiz çoxdur.

"Bu il Azərbaycanda 20-yə yaxın yeni turizm şirkəti yaradılıb. Hazırda ölkə bazarında 230 şirkət turizm sahəsində işləmək üçün lisenziya alıb", - nazir deyib.

Xəbər lenti

Xəbər lenti