Gürcüstan, Tbilisi, 11 noyabr /Trend, müxbir N.Kirsxaliya/
2010-cu il oktyabrın 31-nə olan vəziyyətə görə, Gürcüstanın xarici borcu 3 835 637 000 dollar təşkil edib ki, bu da sentyabrın 30-na olan göstəricidən 81,719 milyon dollar çoxdur. Bu barədə ölkənin Maliyyə Nazirliyinin cümə axşamı yaydığı məlumatda deyilir.
Məlumatda deyilir ki, 2009-cu il oktyabrın 31-nə olan vəziyyətə görə, Gürcüstanın xarici borcu 3 327 430 000 dollar olub.
Məlumatda bildirilir ki, beynəlxalq maliyyə təşkilatlarına borc 2 767 280 000 dollar, ikitərəfli sazişlər üzrə borc isə 564 736 000 dollar təşkil edib.
Dövlət zəmanəti ilə alınan kreditlərin həcmi 3,621 milyon dollar, avrobondlar üzrə borclar isə 500 milyon dollar həcmindədir.