...

Azərbaycanda Naftalan şəhərinin inkişafının prioritet istiqamətləri müəyyənləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2010 19:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Naftalan şəhərində müəyyən edilən prioritet sahələrin maliyyələşdirilməsi məqsədilə sahibkarlardan investisiya layihələrinin qəbulunu elan edib.Bu barədə nazirliyin çərşənbə axşamı yayılan məlumatında deyilir.

Noyabrın 19-da Naftalan şəhərində "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Naftalan şəhəri üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- istixana şəraitində faraş tərəvəz məhsulları istehsalı sahəsinin yaradılması;

- beynəlxalq tələblərə cavab verən müalicəvi sanatoriya-kurort müəssisələrinin yaradılması.

Bu gündən etibarən Fondun səlahiyyətli təşkilatları vasitəsilə sahibkarlıq subyektlərindən təkliflərin qəbulu açıqdır.

Sahibkarlar məsləhət və əlavə məlumatı Sahibkarlığa Kömək Milli Fondundan ala bilərlər. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172. Telefon: (012) 432-39-69.Faks: (012) 434-74-29. e-mail: [email protected]

Xəbər lenti

Xəbər lenti