...

Azərbaycanın 2011-ci il dövlət büdcəsi bütün makroiqtisadi məqsədlər üçün ciddi baza yaradır - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2010 19:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanın 2011-ci il üçün dövlət büdcəsi özünün prioritet istiqamətləri və strukturuna görə əvvəlki illərin büdcələrindən müsbət istiqamətdə fərqlənməklə bütün makroiqtisadi hədəflərin gücləndirilməsinə əhəmiyyətli dərəcədə baza yaradır. Bu barədə Azərbaycan Maliyyə Nazirliyinin kollegiya iclasında nazir Samir Şərifov deyib.

Şərifov nazirliyin müvafiq şöbələrinin və strukturuna daxil olan digər qurumların görəcəkləri işlərin bölgüsünü özündə əks etdirən tədbirlər planının hazırlanmasını vacib hesab edib.

İclasda müzakirələr zamanı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün bir sıra normativ sənədlərin hazırlanmasına başlanılması, ilk növbədə, təsdiq olunmuş dövlət büdcəsinin göstəricilərinin, gəlir və xərclərin bölgüsünün bir ay müddətində büdcə təşkilatlarına çatdırılması qeyd olunub.

Nazir qeyd edib ki, son illər dövlət büdcəsi layihəsi ilə yanaşı, qarşıdakı üç il üçün əsas büdcə parametrləri də tərtib olunaraq müvafiq icra hakimiyyəti və qanunvericilik orqanlarına təqdim edilib.

"Artıq Maliyə Nazirliyinin həm potensialı, həm də maddi-texniki bazası imkan verir ki, növbəti il üçün büdcə layihəsi ilə yanaşı, sonrakı üç il üçün də büdcə təsnifatının bütün parametrləri səviyyəsində ölkənin ali maliyyə sənədi tam təkmil formada hazırlansın", - nazir qeyd edib.

Bununla bağlı nazirlik ayrı-ayrı inkişaf etmiş ölkələrin təcrübəsi ilə yaxından tanış olub və bu təcrübənin növbəti illərdə də davam etdirilməsi barədə tapşırıqlar verilib.

Kollegiyada, eyni zamanda, nazirliyin xəzinədarlıq üzrə informasiya idarəetmə sisteminin modernləşdirilməsi, ölkənin sığorta bazarının inkişaf etdirilməsi və sığorta sisteminin təkmilləşdirilməsi, beynəlxalq təcrübənin sığorta bazarında tətbiqi və Maliyyə Nazirliyi sistemində dövlət qulluğu haqqında qanunvericiliyin tətbiqi, dövlət qulluqçularının peşə hazırlığının daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq qərarlar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti