...

Azərbaycan bankı "TuranBank" nizamnamə kapitalını 20 milyon manata çatdıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2010 14:28 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "TuranBank" ASC-nin 1,5 milyon manat həcmində sadə adlı sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Bu barədə Bakı Fond Birjasının (BFB) çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Azərbaycan bankı "TuranBank" nizamnamə kapitalını 20 milyon manata çatdıracaq

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "TuranBank" ASC-nin 1,5 milyon manat həcmində sadə adlı sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Bu barədə Bakı Fond Birjasının (BFB) çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Bu emissiya çərçivəsində qiymətli kağızların miqdarı hər birinin nominal dəyəri 1000 manat olmaqla 1500 ədəd təşkil edir. Yerləşdirmənin anderrayteri kimi "Chelsea Capital" MMC çıxış edir.

Oktyabrın 1-nə bankın məcmu kapitalı 22,012 milyon manat, nizamnamə kapitalı isə 18,5 milyon manat təşkil edib.

Bankın 25 səhmdarı var ki, onlardan beşi hüquqi (21,8 faiz), 20-si fiziki şəxsdir (78,2 faiz).

Dekabrın 7-nə rəsmi məzənnə 0,7995 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti