Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir N.İsmayılova /
11 ayın yekunlarıə üzrə Azərbaycanın ÜDM-da artım 4,5 faiz təşkil edib. Dövlət Statistika Komitəsinin rəhbəri Arif Vəliyev bazar günü məlumat verib.
"Bu gün Azərbaycan iqtisadiyyatının kənd təsərrüfatgından başqa, bütün sahələrində artım müşahidə olunduğunu nəzərə alsaq, 2010-cu ilin yekunları üzrə ölkədə ümumi daxili məhsul istehsalının 4,7-4,8 faiz artacağı gözlənilir", - Vəliyev bidlirib.
Vəliyev dyib ki, ÜDM-da 4,5 faizlik artıma baxmayaraq, yanvar-noyabrda qeyri-neft ÜDM-da artım tempi 6 faiz təşkil edib.
Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının istehsal həcminin azalması bitkiçilik sahəsində istehsalın 8-9 faiz azalması ilə əlaqədardır. Eləcə də buğda istehsalının həcmi 25 faiz, kartof isə iki faiz azalıb.
Heyvandarlıq sahəsində 6-7 faiz səviyyəsində artım müşahidə olunur.
DSK sədrinin sözlərinə görə, yanvar-noyabrda inflyasiya 5,5 faiz təşkil edib, cari ilin yekunları üzrə onun 5,6 -5,7 faiz səviyyəsində olacağı gözlənilir.
"İstehlak qiymətlərinin bahalaşmasına xarici amillər, eləcə də idxal məhsullarının qiymətlərindəki artım təsir edib, - Vəliyev deyib. - Bununla yanaşı, adətən qışda ölkədə mövsümi bahalaşma müşahidə olunur. Eləcə də qiymət artımı tələbin təklifi üstələməsi zamanı müşahidə olunur, Azərbaycanda isə əks proses baş verir - təklif tələbi üstələyir".